Xəbər lenti

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 8 yaralı var
Ölkə10:59 29.04.2023

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 8 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.
Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək