Xəbər lenti

Azərbaycanda dekan tələbəni ölümcül döydü (ŞOK OLAY)
Ölkə18:45 15.04.2013

Azərbaycanda dekan tələbəni ölümcül döydü (ŞOK OLAY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsini möhkəm döyüblər.
Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışla xəstəxanaya yerləşdirilən tələbə Sadıqov Əjdər Yaşar oğlunun vəziyyəti ağır olub. Ona kəllə-beyin travması diaqnozu ilkin yardımlar göstərilib və məsələ ilə bağlı Nizamı Rayon Polis Şöbəsi məlumatlandırılıb.
Xəstəni dindirmə zamanı məlum olub ki, onu fakültənin dekanı, dosent Zakir Əhmədov döyüb. 
Hadisə ilə bağlı tələbənin izahatı alınıb, işə başlanılıb. Amma sonradan polisə hadisəyə müdaxilə etməmək tapşırılıb. Hadisə aprelin 8-də baş verib.
Bu informasiyanı bu dəqiqələrdə əldə etdiyimizdən, rəsmi qurumlardan məsələ ilə bağlı münasibət ala bilmədik./aznews.az/