Xəbər lenti

Azərbaycanda dərmanlara vahid qiymət qoyuldu - SƏRƏNCAM
Ölkə16:54 03.06.2015

Azərbaycanda dərmanlara vahid qiymət qoyuldu - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazir Artur Rəsizadə bu gün Azərbaycanda dərman preparatlarına vahid qiymət tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Qaynar.info virtualaz.org saytına istinadən xəbər verir ki, bundan əvvəl Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf və Sənaye Nazirliyi Azərbaycanda dərman preparatlarının vahid qiymət tarifi ilə satışına dair təkliflər işləyərək onu Nazirlər Kabinetinə təqdim etmişdi. Təkliflər işlənib hazırlanarkən dünya təcrübəsinə istinad olunmuşdu.
Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb.
Qaynar.info