Xəbər lenti

Azərbaycanda dərs günləri nə qədər artırılacaq? (AÇIQLAMA)
Ölkə06:10 28.07.2022

Azərbaycanda dərs günləri nə qədər artırılacaq? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nazirin son çıxışı media tərəfindən düzgün yazılmayıb. Nazir təklif etmədi, sadəcə arzuolunandır ki, bizdə təhsil həftələrinin sayı çox olsun".
Qaynarinfo xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib
O əlavə edib ki, hazırda Azərbaycanda təhsil həftələrinin sayı 36-dır: "Dünyanın inkişaf etmiş ölkələrində - Cənubi Koreya, Sinqapur və Finlandiyada təhsil həfətələrinin sayı 40, 41, 43 və 44 həftədir. Azərbaycan bu göstərici ilə nə aşağı, nə də yuxarı həddədir".