Xəbər lenti

Azərbaycanda dollar 1.50 manat olacaq
Ekonomiks08:07 30.03.2016

Azərbaycanda dollar 1.50 manat olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılıb. Bu barədə bank dairələrindən məlumat verilib.
Bugünkü hərracda dollara tələbat çox az olacağı və tələbin hətta minimal səviyyədə təqdim ediləcəyi ehtimal olunur.
Bununla da AMB dolların martın 31-nə olan rəsmi məzənnəsini 1,54 AZN/USD-yə düşəcəyi proqnozlaşdırılır.
Həftənin sonuna qədər isə rəsmi məzənnə hətta 1,50 AZN/USD-yə yaxınlaşa bilər.
Artıq bəzi bankların (Unibank, Bank Respublika) dolları 1.49 səviyyələrindən aldığı bildirilir.(Marja)
Qaynar.info