Xəbər lenti

Azərbaycanda dollar ucuzlaşdı, avro bahalaşdı
Ekonomiks04:58 15.04.2015

Azərbaycanda dollar ucuzlaşdı, avro bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 dollar 1.0514-dən 1.0511-ə qədər ucuzlaşıb. 
Avronun məzənnəsində isə artım qeydə alınıb. Belə ki, 1 avro 1.1106-dan 1.1167-yə qədər bahalaşıb. 
Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0206-ya qədər bahalaşıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info