Xəbər lenti

Azərbaycanda dollar yenə bahalaşdı - 1.05 manatlıq həddi keçdi
Ekonomiks05:18 08.04.2015

Azərbaycanda dollar yenə bahalaşdı - 1.05 manatlıq həddi keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 dollar 1.0496-dan 1,0517-yə qədər bahalaşıb. 
Avronun məzənnəsində isə azalma qeydə alınıb. Belə ki, 1 avro 1.1482-dən 1,1399-a qədər ucuzlaşıb. 
Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. İndi 1 rublun dəyəri cüzi artaraq 0,0191 manata çatıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
Qaynar.info