Xəbər lenti

Azərbaycanda dolların məzənnəsi nə vaxt arta bilər? - Ekspert
Ekonomiks 13:26 02.09.2024

Azərbaycanda dolların məzənnəsi nə vaxt arta bilər? - Ekspert

"Manat-dollar məzənnəsi ilə bağlı proqnoz vermək çətindir. Çünki bu iqtisadi məsələ deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, Azərbaycanda dolların məzənnəsi manata qarşı iqtisadi  kateqoriyaya görə müəyyənləşmir, inzibati tənzimləmə mexanizmidir:

"Məzənnə Mərkəzi Bank və hökumətin verəcəyi qərardan asılı olacaq. Ona görə də məzənnə dəyişikliyi siyasi və inzibati qərar olduğu üçün onu iqtisadi olaraq proqnozlaşdırmaq çətindir. Bu il ərzində manatın bahalaşıb ucuzlaşacağını, dolların bahalaşacağını söyləmək çətindir. Güman ki, bu olmayacaq. Hətta seçkidən də sonra bu baş verməyəcək".


 
Ekspert vurğulayıb ki, 2025-ci ildə belə bir addımın atılması ehtimalı getdikcə artır:

"Çünkü Azərbaycanda neft hasilatının azalmasını müşahidə edirik. Faktiki olaraq neft hasilatının azalması neft gəlirlərinin azalması ilə müşahidə olunub. Bu həmişə də belə olub. Ona görə də düşünürəm ki, bu amil gələcəkdə neftin qiymətindən də asılı olacaq. Neftin qiyməti ucuzlaşsa, bu addımın atılmasına ehtiyac yarana bilər. Belə bir ehtimal var”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->