Xəbər lenti

“Azərbaycanda əhalinin eynək problemi var”
Ölkə13:41 18.09.2014

“Azərbaycanda əhalinin eynək problemi var”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən sədr Hadı Rəcəbli bildirib ki, Komitədə olan layihələr hazırdır: “Bunlar “Reproduktiv sağlamlıq”, “Pasiyentin hüquqları”, “Ailə həkimi”,  “Qəbiristanlıq və ölü basdırmaq” haqqında olan qanun layihələridir: “ Bu qanunlar indiyə kimi ona görə qəbul edilmir ki, cəmiyyət buna  hazır deyil.  Həm də bəzi qanunların üzə çıxması üçün maliyyə dəstəyi də lazımdır.  Bu məsələlər gündəmə çıxa bilmirsə, bu o demək deyil ki, Komitə işləmir. Milli Məclisin gələn ilki yaz sessiyasına kimi Komitə tərəfindən “Turist bələdçiləri” və “İdmanda zorakılığın qarşısının alınması “ haqqında qanun layihələrini hazırlamağı planlaşdırırıq”.

Komitə sədri iclasda yeni qanun layihəsi təklifi ilə də çıxış edib. O bildirib ki, dünya ölkələrində də belə bir qanun var: “Məsələn, Türkiyədə bu qanunun adı “Optika” haqqında qanundur. Mən isə Azərbaycanda bu qanunun adının “Eynəklər və linzalar “ haqqında qanun adlanmasını təklif edirəm. Təbii ki, ad sonra dəyişdirilə də bilər. Bu qanunun təklif edilməsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda əhalinin əksəriyyətinin eynək problemi var.  Apteklərdə satılan linzalar standartlara cavab  vermir.  Onlar gözü korlayır. Hər kəs piştaxta arxasında oturub linza satır”.

Qaynar.info