Xəbər lenti

Azərbaycanda əhalinin qocalması tendensiyası müşahidə olunur - Ekspert
Ölkə06:39 20.09.2022

Azərbaycanda əhalinin qocalması tendensiyası müşahidə olunur - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dünya müşahidə edilən əhali qocalması tendensiyası Azərbaycanda da mövcuddur”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspert bunun demoqrafiya üçün təhlükə olduğunu bildirib:
"Təsadüfi deyil ki, 2005-ci illə müqayisədə 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 31,8%-dən 25,7%-ə düşüb. Azalma təkcə xüsusi çəkidə deyil. Bu yaş qrupuna daxil olan vətəndaşlarımızın sayı son 16 ildə 3,9% azalaraq 2,7 milyon nəfərdən 2,6 milyon nəfərə düşüb. Bu, çox narahatedici məqamdır və demoqrafiya üçün təhlükədir”.
Bahar