Xəbər lenti

Azərbaycanda elmi sahəni maliyyələşdirənlər stimullaşdırılacaq
Ölkə06:31 04.11.2018

Azərbaycanda elmi sahəni maliyyələşdirənlər stimullaşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu, 2019-cu ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilir ki, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib.
Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq. Elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır.