Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu "Xəzər Lənkəran"da çıxış edir. Fanat.az xəbər verir ki, cənub klubunun kamerunlu üzvü Mbilla Etame çempionatımızın ən dəyərli futbolçusudu. "Transfermarkt"ın hesablamalarına görə, onun 1.5 milyon avro dəyəri var.
Etameni "Qarabağ"dan Riçard Almeyda izləyir. Braziliyalıya 1.3 milyon avro qiymət qoyulub. İlk üçlüyü ağdamlıların digər braziliyalısı Çumbinyo izləyir - 1.25 milyon avro.
Premyer Liqada dəyəri 700 min avrodan artıq olan 16 futbolçu var. Amma onların arasında 1 nəfər də olsun yerli oyunçu yoxdu.