Xəbər lenti

Azərbaycanda ən mürəkkəb layihələri həyata keçirə bilərik - Qazprombank
Ekonomiks08:21 13.04.2017

Azərbaycanda ən mürəkkəb layihələri həyata keçirə bilərik - Qazprombank

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son iki il ərzində Rusiya "Qazprombank"ının Azərbaycan ilə əməkdaşlığına xüsusi diqqət yetirilib. 

"Report" xəbər verir ki, bunu "Qazprombank"ın Bakıya səfərə gələn biznes missiyasının toplantısında çıxış edən Bankın I vitse-prezidenti Aleksandr Kaznaçeyev bildirib. 

O xatırladıb ki, Bank Rusiya-Azərbaycan İşgüzar Şurasının üzvü olub: "Azərbaycanla həm ticarət-iqtisadi, həm də sərmayə sahəsində bir sıra məsələlər müzakirə olunub". A.Kaznaçeyev bu çərçivədə SOCAR-la əməkdaşlığı da xüsusi qeyd edib. 

Bank rəsmisi bildirib ki, "SOCAR Polymer" layihəsi unikal layihədir və bu layihədə uğurlu əməkdaşlıq var: "Azərbaycanla münasibətimiz göstərir ki, buraya sərmayə yatıra bilərik. Burada ən mürəkkəb, unikal layihələri həyata keçirə bilərik".

O həmçinin qeyd edib ki, "Qazprombank" Azərbaycan müəssisələrinə ən mürəkkəb texnologiyaları təqdim edə bilər: "İki illik əməkdaşlıq onu deməyə əsas verir ki, gələcəkdə biznesin inkişafına dəstək verə bilərik. Biz Azərbaycanda böyük uğurlara imza atırıq. Azərbaycan şirkətləri üçün perspektivlər mövcuddur".

Qaynar.Az