Xəbər lenti

Azərbaycanda epidemioloji vəziyyət açıqlandı
Ölkə13:53 01.05.2020

Azərbaycanda epidemioloji vəziyyət açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda Azərbaycanda yalnız sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur".
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, son günlər Gəncə və Lənkəranda aktiv yoluxma hallarında 2 dəfə artım qeydə alınıb: "Bu şəhər Bakı, Abşeron, Sumqayıt kimi narıncı zona elan edilib".
R.Bayramlı vurğulayıb ki, epidemioloji vəziyyət tədricən yaxşılaşdıqca və yoluxma halları sıfra endiyi halda, bütün məhdudiyyətlər aradan qaldırılacaq: "Yoluxma sürəti gündəlik əsasda təsdiq edilən yoluxma hallarının sayı ilə müəyyən edilir".