Xəbər lenti

Azərbaycanda ər-arvad dəm qazından boğularaq öldü
Ölkə07:39 28.11.2013

Azərbaycanda ər-arvad dəm qazından boğularaq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda dəm qazı ailə faciəsinə səbəb olub.

Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
 
Kəlbəcər rayonundan olan məcburi köçkünlər – 1955-ci il təvəllüdlü Aşır Cəfər oğlu Əsədov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Cahan Tariyel qızı İmanova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
 
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qaynar.info