
Lerik rayonunda baş verən partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib.
"Qaynarinfo" xəbər verir ki, hadisə rayonun Piran kəndində baş verib.
Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir.
Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.
Faktla bağlı araşdırmalar aparılır.