Xəbər lenti

Azərbaycanda gəlin toy günü zəhərləndi
Ölkə08:56 18.01.2014

Azərbaycanda gəlin toy günü zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

23 yaşlı Tünzalə Qafarova dərhal xəstəxanaya çatdırılıb


Şəki şəhərində gənc qız toy günü zəhərlənib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki məntəqəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Şəki sakini, 19-cu rayon Bağbanlar küçəsi, bina 67.a ünvanında yaşayan 1991-ci il təvəllüdlü Tünzalə Ağəli qızı Qafarova dəm qazından zəhərlənib. O ağır vəziyyətdə təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Zəhərlənən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Bir neçə saat ərzində xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra o ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bu gün zəhərlənən qız gəlin köçəcək.


Qaynar.info