Xəbər lenti

Azərbaycanda görünməmiş olay: baş həkim şöbə müdirini bıçaqladı
Ölkə08:00 31.08.2013

Azərbaycanda görünməmiş olay: baş həkim şöbə müdirini bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Qazax Rayon Diaqnostika Mərkəzinin müdiri Şahin Həsənov cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlayıb.

Bu barədə musavat.com-a yerli mənbədən verilən xəbərə görə, hadisə şəxsi zəmində baş verib və V.Pirvəliyev dərhal cərrahiyyə əməliyyatına göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edilib.

Məlumata görə, Ş.Həsənov Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın qardaşıdır.

Qaynar.info