Azərbaycanda güclü zəlzələ olacağı ilə bağlı verilən proqnozlar doğrudurmu?
Bu ilin ilk 6 ayında öçkədə seysmik və tektonik aktivlik davam edəcək. Xəzər dənizi aktiv seysmik region sayıldığından aktivlik ən çox məhz bu su hövzəsində müşahidə olunacaq.
Bunu "Xəzər Xəbər”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
Onun sözlərinə görə, ölkənin digər ərazilərində olan aktiv seysmik zonalar da sakit deyil.
Qulam Babayev qeyd edib ki, hazırda Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb və davam edəcəyi gözləniləndir.
O, bildirib ki, hiss olunan zəlzələlərin baş verəcəyi də istisna olunmur. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir.
Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər