Xəbər lenti

Azərbaycanda helikopter satılır - 100 min manata
Ekonomiks13:33 02.09.2019

Azərbaycanda helikopter satılır - 100 min manata

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.
Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.
Hərrac oktyabr ayının 1-də keçiriləcək.