
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tural Vaqif oğlu Abdullayev Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində Elvin Mansurov və Vasif Həsənov tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan T.Abdullayev Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib.