Xəbər lenti

Azərbaycanda hərbi təlim zamanı tank aşıb, bir hərbçi ölüb
Ölkə06:42 18.02.2013

Azərbaycanda hərbi təlim zamanı tank aşıb, bir hərbçi ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda hərbi təlim zamanı ölüm hadisəsi baş verib.

Hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

Qaynar.info