Xəbər lenti

Azərbaycanda ilk dəfə olaraq sülh quruculuğu ilə bağlı dərslik dərc olunub (R)
Ekonomiks13:21 18.07.2022

Azərbaycanda ilk dəfə olaraq sülh quruculuğu ilə bağlı dərslik dərc olunub (R)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Barış akademiyası Azərbaycanda ilk dəfə olaraq sülh və sülh quruculuğu ilə bağlı dərslik vəsaiti olan "Sülh araşdırmalarına giriş” kitabını oxuculara təqdim edib. 16 İyul saat 17:00-da "Baku Community Space”-də baş tutan təqdimatda Barış akademiyası və "Sülh araşdırmalarına giriş” kitabı ilə bağlı təqdimatla yanaşı, layihə iştirakçıları tərəfindən müzakirələr təşkil olunub. Həmçinin, tədbirdə iştirak edən qonaqlar həm müzakirələrdə iştirak edib, həm də "Sülh araşdırmalarına giriş” kitabını ödənişsiz olaraq əldə etmək imkanına sahib olublar.
Tədbirdə 30-dan çox bir çox ictimaiyyət nümayəndələri, jurnalistlər, akademiya nümayəndələri, müəllim və tələbələr iştirak edərək laiyhə barədə fikirlərini bölüşüblər. 
Qeyd edək ki, "Sülh araşdırmalarına giriş” kitabı sülh quruculuğu, sülh yaratma prosesi və transformasiyası ilə bağlı dəyərli fikirlərə və nəzəriyyələrə sahib olan John Paul Lederach, Johan Galtung, Christopher Mitchell, Wolfgang Dietrich və Wolfgang Sutzlın ideyalarının toplusunu özündə birləşdirir. 
Barış akademiyasının təməli, mövcud və böyüməkdə olan sülh mütəxəssisləri, aktivist icmaları və daha geniş auditoriya üçün yüksək keyfiyyətli, interaktiv, əlçatımlı və davamlı sülh tədrisinin yaradılması üzərində qurulub. Barış akademiyası komandasının davamlı sülh üçün iqtisadi və siyasi razılaşmaların yetərli olmadığına və bunun üçün insanlar arasında ortaq mənəvi və intellektual həmrəyliyə ehtiyac duyulduğuna inanır və ərsəyə gətirdiyi "Sülh araşdırmalarına giriş” kitabının cəmiyyətimiz üçün faydalı və yararlı akademik vasitə olacağına ümid edir.
Barış akademiyası layihəsinin komandası layihə koordinatoru – Həmidə Qiyasbəyli, layihə köməkçisi  və ictimaiyyətlə əlaqələr – Fəzilat Səmədova, layihə köməkçisi – Vahid Əliyev, tərcüməçi  – Nicat Eldarov, redaktor- Namiq Hüseynovdan ibarətdir.
"Sülh araşdırmalarına giriş” kitabını əldə etmək üçün Barış akademiyasının sosial şəbəkələrindən müraciət edə, və ya Baku Community Space-ə yaxınlaşaraq əldə edə bilərsiniz.