Xəbər lenti

Azərbaycanda ilk dəfə: Qadın şərhçi canlı yayımda
İdman19:16 08.02.2020

Azərbaycanda ilk dəfə: Qadın şərhçi canlı yayımda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.
Qaynarinfo xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ” – "Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi yer alıb. Belə ki, "CBC Sport”un əməkdaşı olan Səmra Əliyeva 0:0 hesabı ilə başa çatan oyunun şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edib.
Bu isə Azərbaycan idman tarixində bir ilkdi. İndiyədək heç bir vaxt futbol matçlarında qadın şərhçimiz canlı yayımda çıxış etməyib.