Xəbər lenti

Azərbaycanda inkassator avtomobili aşdı - ölən və yaralanan var
Ölkə08:31 10.02.2014

Azərbaycanda inkassator avtomobili aşdı - ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda inkassator avtomobili qəzaya uğrayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
“Kapitalbank”a məxsus inkassator maşını yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri ölüb, digəri isə ağır yaralanıb. Hazırda həmin şəxslərin kimliyi dəqiqləşdirilir.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Qaynar.info