Xəbər lenti

Azərbaycanda insan ürəyi neçəyədir? - ŞOK QİYMƏTLƏR
Ölkə 16:21 31.10.2013

Azərbaycanda insan ürəyi neçəyədir? - ŞOK QİYMƏTLƏR


Tibb sahəsi həyatımızda vacib sahələrdən biri olmaqla yanaşı, həm də ən baha sfera sayılır. Əlbəttə ən baha əməliyyatlar cərahiyyə əməltiyyatlarıdır. Bahalıq təkcə prosedurun özünün mürəkkəb olması ilə yanaşı, ilkin hazırlıq, əməliyyat sonrası reablittasiya, muasir təhqiqatlar, əməliyyatları edən həkimlərin təcrübə və təhsil və digər amillərlə bağlıdır.

Anas press-in məlumatına görə, mütəxəssis-uroloq Rəşad Məmmədov çıxışında əməliyyatın peşəkar cərrah üçün çətin olmadığı təqdirdə belə istifadə olunan alət və texnikanın əməliyyatın bahalı olmasına təsir etdiyini deyir.

Rəşad Məmmədov urologiya sahəsində olan bir neçə əməliyyatın mürəkkəb olduğu üçün çoxlu maliyyə vəsaiti tələb etdiyini bildirir:

“Əməliyyatın ən başlıca maliyyatını yaradan faktor həkimin əməyidir, əməliyyata sərf etdiyi vaxtdır, əməliyyatın ümumi müddətidir, istifadə olunan avadanlıqların miqdarıdır”.

Son illər Azərbaycanda da bir çox mürəkkəb əməliyyatlar həyata keçirilir ki, bunlar da necə deyərlər, kifayət qədər baha başa gəlir.

Araşdırmalara əsasən ölkəmizdə fəalliyət göstərən özəl və dövlət tibb müəssisələrində reallaşan bu tip əməlliyatların qiyməti təxminən belədir:

Ürək-Ağciyər kompleksinin köçürülməsi- 150 000 AZN
İlik köçürülməsi - 80 000- 100 000 AZN
Ürək köçürülməsi- 70-100000 AZN
Ağciyər köçürülməsi- 70-100000 AZN
Qaraciyər köçürülməsi - 40 000-50000 AZN
Böyrək köçürülməsi - 10 000 - 12000 AZN
Ürək üzərində açıq əməliyyat - 8 000-10 000 AZN

Az da olsa tibb müəssisəsindən müəssisəyə fərqlənən əməliyyatların qiymətləri qonşu Türkiyə ilə eynilik təşkil edir.

Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->