Xəbər lenti

Azərbaycanda internet bahalaşır?
Ekonomiks04:57 17.12.2016

Azərbaycanda internet bahalaşır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda elektrik enerjisi üzrə ödəniş sisteminin dəyişməsi internet tariflərində əks olunmayacaq.
Qaynarinfo.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov deyib.
Onun sözlərinə görə, istehlakçılara xidmət göstərilərkən internet provayderlər elektrik enerjisindən çox istifadə etmir.
Q.Qurbanov deyib: "Ona görə, elektrik enerjisi tariflərinin artması ilə internet və ya digər telekommunikasiya xidmətləri tariflərini birbaşa əlaqələndirmək düzgün olmazdı".
Qaynarinfo.Az