Xəbər lenti

Azərbaycanda internetin qiyməti 70 faiz ucuzlaşır
Texnologiya14:16 08.05.2019

Azərbaycanda internetin qiyməti 70 faiz ucuzlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Delta Telekom LTD” MMM provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı "Delta Telekom LTD”dən məlumat verilib.
Bildirilib ki, bunun məqsədi internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsidir.
Mayın 10-dan endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.