Xəbər lenti

Azərbaycanda internetin qiyməti ucuzlaşacaq
Ekonomiks13:18 06.12.2013

Azərbaycanda internetin qiyməti ucuzlaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün öncə Tarif Şurasının qərarı ilə informasiya texnologiyaları sahəsində qiymətlərin aşağı salınması gələcəkdə internetin qiymətinin aşağı düşməsinə şərait yaradacaq.

Qaynar.info
apa-ya istinadən verdiyi xəbərə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, informasiya sahəsində tariflərə yenidən baxılıb və bu sahə üzrə əksər istiqamətlərdə qiymətlərin aşağı salınmasına qərar verilib.

Nazirin sözlərinə görə, qiyməti aşağı salınan bir çox rabitə sahələri var ki, onlar internetin qiymətinə təsir edir: “Bunu da yaxın vaxtlarda provayderlər hiss edəcək və nəticədə onlar internetin qiymətini aşağı salacaqlar”.

Qaynar.info