Vətəndaş Şirinovun dustaq Quliyevi sevindirmək cəhdi baş tutmayıb.
Qaynar.info Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Oktyabrın 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 177.2.4 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Alim Malik oğlu Quliyevə vətəndaş Hikmət Nəcəf oğlu Şirinovun gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman Hikmət Şirinovun gətirdiyi sovqatın içindəki kartofun içinə oyularaq gizlədilmiş daxilində “Sim” danışıq kartı olan 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qaynar.info



