
Sabah Heydər Əliyev Mərkəzində 2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılacaq.
Qaynarinfo.Az xəbər verir ki, artıq bütün 16 iştirakçı komandanın adı bəllidir.
Azərbaycan və Gürcüstan ev sahibləri kimi birbaşa qitə çempionatında iştirak etmək hüququ qazanıb. Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya da ötən ilki Avropa çempionatının nəticələrinə görə iştirak vəsiqəsi əldə edib. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus II, Macarıstan, Çexiya və Ukrayna isə III mərhələdən qitə birinciliyinə vəsiqə qazanıb. Artıq İtaliyanın A, Belçikanın B, Polşanın C, Xorvatiyanın D, Bolqarıstanın E və Belarusun F səbətində yer alacağı dəqiqdir.
Qeyd edək ki, Azərbaycandakı oyunların əvvəl Quba və Bakıda, Gürcüstandakı görüşlərin isə Tiflisdə baş tutacağı müəyyənləşmişdi. Lakin Cavid Qurbanovun Ziya Əliyevin əvəzinə Azərbaycan Voleybol Federasiyasına təyin olunmasından sonra Quba Göygöllə əvəzləndi.
Qaynarinfo.Az