Xəbər lenti

Azərbaycanda keçmiş bankir vəfat etdi
Ölkə06:19 15.07.2024

Azərbaycanda keçmiş bankir vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankının rəhbərliyində təmsil olunmuş Zemfira Kərimova vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları bildirib.
Qeyd edək ki, Z.Kərimova keçmiş Səhmdar Kommersiya Aqrar Sənaye Bankında İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, sözügedən bank "Aqrarkredit" QSC-nin hüquqi varisidir.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1987-ci ilin dekabrın 24-də keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılıb və 1988-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayıb. 1992-ci il oktyabrın 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilib və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərib. 2001-ci ildən isə "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı adı altında fəaliyyət göstərir.