Xəbər lenti

Azərbaycanda kəskin bahalaşma: 1 kq-ı 11-12 manat oldu
Ekonomiks12:10 20.02.2017

Azərbaycanda kəskin bahalaşma: 1 kq-ı 11-12 manat oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Paytaxtda və bölgələrdə mal ətinin qiyməti kəskin artıb”.
Bunu aznews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, hazırda Bakıda mal ətinin 1 kloqramı 12 manat 50 qəpiyə satılır:
“Bəzi yerlərdə isə 11 manat 50 qəpik arasındadır. Azərbaycanda mal ətinin qiyməti əvvəlki ilə müqayisədə çox yüksəkdir. Amma əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. Əhalinin əsas hissəsi bu gün mal və qoyun əti almaq imkanında deyil. Hətta onlar toyuq ətini belə ala bilmirlər.”
Vahid Məhərrəmov Novruz bayramı ərəfəsində mal və qoyun ətinin qiymətində yenidən artım müşahidə olunacağını da proqnozlaşdırıb.
Qaynarinfo.Az