Xəbər lenti

Azərbaycanda kişi qadına görə 400 min manatını itirdi
Ölkə16:06 15.03.2017

Azərbaycanda kişi qadına görə 400 min manatını itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın ona manatı sərfəli kursla dollara çevirməyə söz verib

1975-ci il təvəllüdlü Siyəzən rayon sakini Bəhruz Nağıyevin qadın gözəlliyinə aludəçiliyi ona 400 min manata başa gəlib."Qaynar" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, martın 13-də Nağıyev Nəsimi rayon Polis İdarəsinə müraciət edərək 2016-cı ilin avqustunda 400 min manat itirdiyini bildirib.

Nağıyevin sözlərinə görə, o, öz pullarını 1971-ci il təvəllüdlü paytaxt sakini Vəfa Osmanlıya etibar edib. Qadın ona manatı sərfəli kursla dollara çevirməyə söz verib. Kurs əlbəttə ki, sərfəli olub, amma Nağıyev bilməyib ki, qadına verilən pullar geri qayıtmayacaq. 

Nağıyev indiyə qədər özünün nə bir manatını, nə də dolları geri ala bilməyib. Hazırda Nəsimi RPİ-də faktla bağlı araşdırma aparılır. Hələlik fırıldaqçılıq faktı ilə bağlı heç kəs saxlanılmayıb. 

Qaynar.Az