Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı (STATİSTİKA)
Ölkə18:44 11.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı (STATİSTİKA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 197 545 test aparılıb.
Ölkədə 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, indiyədək koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatıb.