Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı statistika: Ən çox Bakıdadır
Ölkə15:47 24.04.2020

Azərbaycanda koronavirusla bağlı statistika: Ən çox Bakıdadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə koronavirusla bağlı statistika açıqlanıb.
Qaynarinfo xəbər verir ki, respublika üzrə koronavirusa yoluxma halı ən çox Bakıda müşahidə olunub.
Belə ki, paytaxt ərzisində 52,1% yoluxma faktı qeydə alınıb. Xarici vətəndaşlardan virusun ölkəyə idxal edilmə halı 13,6%, Aran rayonlarında 6,88%, Lənkəranda 8,28%, Abşeronda 5,54%, Gəncə-Qazaxda 7,62%, Quba-Xaçmazda 2,40%, Yuxarı Qarabağda 1,07%, Şəki-Zaqatalada 1,27%, Dağlıq Şirvanda 1,4%, Naxçıvanda isə 0,27% yoluxma faktı müəyyən olunub.
Paytaxt rayonlarına nəzər saldıqda isə, koronavirusa yoluxma halı ən çox Yasamal rayonunda, (22.65 faiz) ən az isə Pirallahıda (0.93 faiz) qeydə alınıb. Bundan başqa, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,37%, Səbaildə 2,25%, Nizamidə 5,11%, Xəzərdə 4,53%, Suraxanıda 5,11%, Qaradağda 3,02% və son olaraq Sabunçuda 12,2% yoluxma faktı qeydə alınıb.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, artıq bəzi rayonlarda koronavirusa yoluxmada sıfırlamaya nail olunub.