Xəbər lenti

Azərbaycanda ölülərin pulunu yeyən məmur - ŞİKAYƏT
Ölkə12:46 18.02.2014

Azərbaycanda ölülərin pulunu yeyən məmur - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Regionlarda sosial müdafiə müavinətlərinin verilməsi ilə bağlı redaksiyamıza dəfələrlə müraciətlər daxil olub. 

Vətəndaşların böyük əksəriyyətinin sosial müavinətdən yararlandığını nəzərə alsaq, bu kimi problemlərin çoxluğu medianın da diqqətində olub. 

Qaynar.info-ya bu dəfə daxil olan şikayətin ünvanı Cəlilabad rayonudur. Yerli sakinlərin saytımıza verdiyi məlumata görə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin müdiri Cavid İbrahimov dövlət tərəfindən vətəndaşlar üçün ayrılan sosial müavinətlərini müxtəlif yollarla mənimsəyir.

Vətəndaşların iddiasına görə, C. İbrahimov rayonda uzun müddətdir yaşamayan bir çox şəxsin adına sosial müavinət pulu yazdırır və bu pulları özünə götürür. Rayonun özündə yaşayan vətəndaşlar isə dəfələrlə DSMF-nin Cəlilabad şöbəsinə müraciət etsələr də, orada yaşaya-yaşaya müavinətlərini ala bilmirlər. Bir çox hallarda isə vətəndaşların qarşısına şərt qoyulur ki, onlara sosial müavinət bir halda verilər bilər: rəsmi rəqəmdə göstərilənlərin yarısını almağa razı olsunlar. Bundan imtina edənlərə isə ümumiyyətlə müavinət verilmir. 

Vətəndaşların şikayətində həmçinin qeyd olunur ki, Cavid İbrahimov sosial müavinət haqqında qanunda nəzərdə tutulan dəfn üçün olan 300 manat sosial müavinətin belə bir hissəsini mənimsəməkdən çəkinməyib. Onun artıq bir neçə dəfə dəfn üçün vətəndaşlara  100 manat ödəyi iddia olunur. 

Sakinlərin şikayətində deyilir ki, onlar Cavid İbrahimovun bu əməlləri ilə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət ünvanlayıblar: “Ancaq şikayətlərimizin heç birinə cavab verilməyib. Belə çıxır ki, Cavid İbrahimovun xalqın cibindən oğurladığı pullara məqsədli şəkildə göz yumulur. Başqa halda, icra başçısı onu niyə müdafiə etsin ki?! Heç bir qohumluqları yoxdur. Bəlkə, müxtəlif formalarda icra başçısına 10 dəfə şikayət etmişik. Heç bir şikayətimizə cavab vermirlər”. 

Deyilənlərlə bağlı Cavid İbrahimovun fikirlərini öyrənməyə çalışsaq da, rayon DSMF-sinə etdiyimiz zənglər cavabsız qaldı. 

Qaynar.info