
Azərbaycanın bir çox rayonlarında yayılan “Modulyar dermatit” virusu cənub bölgəsində tüğyan edir.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabaddan sonra virus Masallı və Lənkəran rayonlarını da bürüyüb. Lənkəran kəndlərində bu virusa 120 baş iribuynuzlu mal-qara yoluxub.
Lənkəran rayon zona baytarlıq İdarəsinin icraçı direktoru İftixar Teymurovun verdiyi məlumata görə, xəstəlikdən tələf olan heyvan qeydə alınmayıb. Onun sözlərinə görə, müalicə davam etdirilir.
Qeyd edək ki, Lənkəranın Cır kəndində 2 baş heyvan qızdırma xəstəliyindən tələf olub.
Qaynar.info