Xəbər lenti

Azərbaycanda “mavi balina” qorxusu: Sədr nazirliyə müraciət etdi
Ölkə 14:26 11.08.2022

Azərbaycanda “mavi balina” qorxusu: Sədr nazirliyə müraciət etdi

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıb.

Bu barədə Qaynarinfo-ya sədrin özü məlumat verib.
 
Mehriban Zeynalova bildirib ki, "Mavi balina” oyunu təcili olaraq yayımdan qaldırılmalıdır:

"Bu oyunlara qoşulub özünə xəsarət yetirən uşaqlar var. Ailələrə acı yaşatmayaq. Bununla bağlı analar bizə məlumat verir, onlar bizdən kömək istəyir. Onlar adlarının açıqlanmasını istəmir. Ana deyir ki, "qorxuram, uşaq artıq zombiləşir”. Uşağın 9 yaşı var... Hər gün bununla bağlı bizə müraciətlər daxil olur”.

Sədr deyir ki, artıq əksər ölkələr bu oyunların yayımına icazə vermir:

"Biz nəyi gözləyirik? Aidiyyatı qurumlar bizə kömək etməlidir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->