Xəbər lenti

Azərbaycanda məcburi köçkün yeniyetmələrin sosial-psixoloji durumu öyrənilir
Ölkə14:00 21.06.2018

Azərbaycanda məcburi köçkün yeniyetmələrin sosial-psixoloji durumu öyrənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyi bunun üçün "Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi” layihəsinə start verib. 
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir. 
İctimai Birliyin əməkdaşları layihə çərçivəsində məcburi köçkünlərin kompakt yaşadığı Ağdam, Bərdə rayonlarında yerləşən məcburi köçkün məktəblərində olublar. Yeniyetmələrin  sosial-psixoloji problemlərini öyrənmək üçün 600 şagird üzərində  psixoloji test və sorğu keçirilib. Keçirilən sorğunun və aparılan psixoloji söhbətlərin  nəticələri əsasında məcburi köçkün ailələrindən olan yeniyetmələri  narahat edən problemlər üzə çıxarılıb və həmin problemlərlə bağlı onların ailələri  və müəllimlərlə psixoloji söhbətlər aparılıb.