Xəbər lenti

Azərbaycanda məmur intihar etdi - RƏSMİ REAKSİYA
Ölkə11:13 07.07.2014

Azərbaycanda məmur intihar etdi - RƏSMİ REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şabran rayonunda intihar faktı qeydə alınıb

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi massivi adlanan ərazisində qeydə alınıb.

Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub.

Qeyd edək ki, intihar edən şəxs boşanıb və bir övladı var. Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az APA-ya istinadən əlavə edir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şabranda poçt müdirinin intihar etməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, Elvin Zəkiyevin müdir işlədiyi Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsində heç bir yoxlama aparılmayıb:

“Elvin Zəkiyevin məhz bu səbəbdən və işi ilə bağlı intihar etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Qaynar.info