Xəbər lenti

Azərbaycanda məşhurlar maraqlı sosial çarxda iştirak ediblər (VİDEO)
Ölkə19:11 05.01.2018

Azərbaycanda məşhurlar maraqlı sosial çarxda iştirak ediblər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün məşhurların da yer aldığı "Sahibsiz küçə heyvanlarını qoruyaq” adlı sosial çarx təqdim olunub.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, layihə "Lider” telekanlının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyevanın təşəbbüsü ilə baş tutub.
Sahibsiz küçə itləri ilə davranış qaydalarından bəhs edən sosial layihədə millət vəkili Qənirə Paşayeva, xalq artisti Faiq Ağayev, əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, yazıçı Çingiz Abdullayev, bəstəkar-müğənni Murad Arif, müğənnilər Elnur Hüseynov, Nura Suri, əməkdar rəssam Müseyib Əmirov, yunan-roma güləşi üzrə dünya çempionu Fərid Mansurov, "Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova, aparıcı Hüsniyə Məhərrəmova, aktyor Taleh Yüzbəyov, ilahiyyatçı Hacı Şahin iştirak edib.
Qeyd edək ki, videoçarxda N.Əliyevanın özü də çəkilib.