Xəbər lenti

Azərbaycanda nazirin restoranında kütləvi zəhərlənmə
Ölkə09:40 17.06.2014

Azərbaycanda nazirin restoranında kütləvi zəhərlənmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün məşhur “Niaqara” restoranının şou zalında kütləvi zəhərlənmə baş verib.

Azvizion.az-ın yaydığı xəbərdə bildirilir ki, ad günü mərasimi ilə bağlı restoranda keçirilən mərasimdə “paytaxt” salatından təxminən 15-16 nəfər zəhərlənib. Bu haqda ad günündə olanlardan biri - İlkin Həsənov məlumat verib: “Ötən axşam “Niaqara” restoranının şou zalında yubiley mərasimində idik. Ad günündə iştirak edənlərin 15-16 nəfəri zəhərlənib. Mənim vəziyyətim yaxşı olmadığı üçün həkim xəstəxanada yatmağımı məsləhət bildi. Digərləri isə mədələri yuyuldu və evə buraxıldı”, - deyə İ.Həsənov qeyd edib. 

"Niaqara" restoranın Müdafiə Sənayesi naziri Yavər Camalova məxsus olması barədə məlumatı isə Musavat.com saytı yayıb.

Qaynar.info