Xəbər lenti

Azərbaycanda neft sisternində yanğın
Ekonomiks04:08 07.08.2013

Azərbaycanda neft sisternində yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkir rayonunda neft daşıyan yük qatarında yanğın baş verib. Qaynar.info FHN-ə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində “Dəmir yol” QSC-yə məxsus Qazax-Bakı istiqamətilə hərəkət edən, neft xammal daşıyan yük qatarının tutumu 60 ton olan boş sisterninin üzərinə dağılmış neft qalıqları yanıb.

Sistern yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qaynar.info