
Azərbaycanda çıxış etmiş daha 2 futbolçu xaricdə çempionluq sevinci yaşayıb.
Qaynarinfo.az xəbər verir ki, bunlar 2013-2015-ci illər ərzində Zaqatalanın "Simurq" klubunda çıxış etmiş serb hücumçu Draqan Çeran və 2013/14 mövsümündə "Xəzər Lənkəran"da oynamış makedoniyalı mərkəz yarımmüdafiəçisi Nikola Qliqorovdur.
"Vardar" ardıcıl 2-ci dəfə olmaqla 9-cu dəfə çempionluq sevinci yaşayıb. Onu da bildirək ki, Skopye təmsilçisinin heyətində 2 erməni futbolçu - müdafiəçi Hovanes Ambartsumyan və yarımmüdafiəçi Artak Daşyandır.
Qeyd edək ki, Azərbaycanda çempion ola bilməyən daha bir futbolçu - sabiq "Xəzər Lənkəran"lı müdafiəçi Adrian Skarlatake ölkəsi Rumıniyanın "Astra" komandası ilə eyni sevinci yaşamışdı. Hər 3 futbolçu yayda komandalarını tərk etməsələr, Çempionlar Liqası çərçivəsində "Qarabağ"ın oyunçularına rəqib ola bilərlər.
Qaynarinfo.az

