Xəbər lenti

Azərbaycanda oynamış futbolçu Lvovda penaltiyə səbəb oldu
İdman18:56 05.09.2015

Azərbaycanda oynamış futbolçu Lvovda penaltiyə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir.

Qaynar.info xəbər verir ki, artıq bu görüşlərdən bəziləri başa çatıb.

Belə ki, C qrupunda Lüksemburq Makedoniya üzərində son dəqiqədə vurduğu qolla qələbə qazanaraq sonuncu pillədən qurtulub. "Qarabağ"ın sabiq futbolçusu, hazırda "Əskişəhərspor"da çıxış edən Muarem Muarem bu matçda ehtiyatda qalıb.

Həmin qrupun digər görüşündə Ukrayna Lvovda Belarusdan üstün olub - 3:1. Ötən mövsüm "Qəbələ"də çıxış etmiş, hazırda Ukraynanın "Zarya" klubunda oynayan müdafiəyəmeyilli mərkəz futbolçusu Mixail Sivakov 39-cu dəqiqədə penaltiyə səbəb olub və sarı vərəqə ilə cəzalandırılıb. Belə ki, o, künc zərbəsi zamanı Kiyev "Dinamo"sunun hücumçusu Artyom Kravetsi yıxıb. Bununla da Ukrayna 3-cü topu qonaqların qapısından keçirib. Məhz bu üzdən o, fasilədə BATE-nin yarımmüdafiəçisi Mixail Qordeyçukla əvəzlənib.

Hazırda "Qəbələ"də çıxış edən estoniyalı hücumçu Sergey Zenyov isə qələbəyə sevinib. O, Litva üzərində qazanılan 1:0 hesablı qələbədə 90 dəqiqə iştirak edib. Bu matçda "Bakı"nın sabiq sağ cinah yarımmüdafiəçisi Deyvidas Çesnauskis 79 dəqiqə litvalıların heyətində oynayıb. "Neftçi", "İnter" və "Rəvan"ın sol cinah müdafiəçisi Dmitri Kruqlova isə ehtiyac duyulmayıb.

Qaynar.info