
Ermənistanın "Alaşkert" klubu Azərbaycanda oynamış futbolçu ilə müqavilə bağlayıb.
Qaynarinfo.Az xəbər verir ki, İrəvan klubunun rəsmi saytı bu gün ukraynalı hücumçu Yuri Fomenko ilə müqavilə bağladıqlarını təsdiqləyib. Bununla da Ermənistan çempionunda ukraynalı futbolçuların sayı 3-ə çatıb.
Qeyd edək ki, 2010-cu ildən çıxış etdiyi Azərbaycanda "Kəpəz", "İnter" və AZAL klublarında oynayıb. 29 yaşlı futbolçu ötən mövsüm Litvanın "Şyaulyay" klubundan Bakı "İnter"inə 2-ci dəfə qayıtmış və 28 oyuna 4 qol vurmağı bacarmışdı.
Qaynarinfo.Az