Xəbər lenti

Azərbaycanda polis özünü güllələdi
Ölkə14:31 04.04.2013

Azərbaycanda polis özünü güllələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı intihar edib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Ağdaşın Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cavadov Zöhrab Əlövsət oğlu yaşadığı evin yaxınlığında ov tüfəngi ilə özünü vurub. Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında çalışan polis serjantı Zöhrab Cavadovun intihar etməsinin səbəbi hələlik məlum deyil. Zöhrab Cavadov subay olduğu və 6 ildir polis orqanlarında çalışdığı bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qaynar.info