Xəbər lenti

Azərbaycanda qadınların da pensiya yaşı artırılır
Ölkə14:16 14.11.2013

Azərbaycanda qadınların da pensiya yaşı artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev gələn ildən pensiya yaşının 59 yaş yarım olacağını deyib


Gələn ildən qadınların pensiya yaşı dəyişdiriləcək. ANS PRESS-in verdiyi xəbərə görə, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev Milli Məclisdə çıxışı zamanı pensiya yaşının 2014-cü ildən qadınlar üçün 59 yaş yarım (59,5) olacağanı bildirib.

O, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcəyini qeyd edib.

E.Mehdiyev həmçinin bildirib ki, pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcək ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur:
"Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq”.


Qaynar.info