Xəbər lenti

Azərbaycanda rüsvayçılıq: qara dərili futbolçu təhqir olundu
İdman12:10 12.11.2014

Azərbaycanda rüsvayçılıq: qara dərili futbolçu təhqir olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Sumqayıt şəhər stadionunda keçirilən "Sumqayıt" - "Qəbələ" yoxlama matçında xoşagəlməz hadisə yaşanıb. 

Qaynar.info qol.az-a istinadən xəbər verir ki, görüşün 40-cı dəqiqəsində "Qəbələ"nin nigeriyalı futbolçusu Ehiosun Ekiqo sumqayıtlı azarkeşlərin irqçi şüarlarına məruz qalıb.

Bir qrup azarkeş qara dərili futbolçunun ünvanına "Ebola, Ebola", "Neqr" şüarları səsləndiriblər. 24 yaşlı futbolçu buna etiraz olaraq formasını çıxardaraq meydançanı tərk etməyə cəhd göstərib. Bu zaman hakim ona sarı vərəqə göstərib.

Bu səbəbdən oyun 3-4 dəqiqə dayanıb. Lakin "Sumqayıt"ın futbolçularının, eləcə də azarkeşlərin üzrxahlığından sonra Ekiqo meydançaya qayıdaraq oyunu davam etdirib.

Qaynar.info